Rusiyalı müğənni Alla Puqaçova və əri Maksim Qalkin Kiprdə birlikdə ictimaiyyət qarşısına çıxıblar.
Dergi.az xəbər verir ki, onların birgə fotosu sosial şəbəkələrdə bir pərəstişkarı tərəfindən paylaşılıb. 77 yaşlı müğənni qısa qara şort, köynək və t-shirt geyinib, 50 yaşlı həyat yoldaşı isə ağ t-shirt və bej-krem rəngli zolaqlı şalvarla görünüb.
Qalkin və Puqaçova 2011-ci ildə evləniblər. Onlar uşaqları, əkizləri Qari və Liza ilə birlikdə Rusiyadan ayrılıblar. Ayrılmalarına səbəb Qalkinin Rusiya hakimiyyətinə qarşı çıxışı olub. Puqaçova da onu dəstəkləyib. Əvvəlcə İsraildə məskunlaşıblar, sonra Kiprə köçüblər.
Son aylarda sosial şəbəkələrdə Puqaçovanın “tanınmaz” üzü və Qalkinin görünüşü müzakirə olunur.
