Rusiyalı reper Macan hərbi xidmətdən qayıdaraq yeni konsert turuna hazırlaşır.
Dergi.az xəbər verir ki, Telegram kanalı Shot-un məlumatına əsasən, Macan-ın turu 43 şəhərdə keçiriləcək və hər birində bilet satışı tam həyata keçirilsə, ümumilikdə 600 milyon rubl gəlir gətirə bilər.
Reperin Smolenskdəki ilk konserti üçün 2600 biletin təxminən 2000-i artıq satılıb. Bu konsertdən potensial gəlirin 7 milyon rubl olacağı gözlənilir.
İlk üç konsertdən ən gəlirli olanının 4 dekabrda Podolskda baş tutacağı planlaşdırılır. Burada bilet qiymətləri 12 min rubla qədərdir və fanatlar artıq zalın təxminən 80%-ni, yəni 5000 biletin çoxunu alıblar.
XƏBƏRİN VİDEOSU
0:00 / 0:00
