Kanadalı müğənni Selin Dion pərəstişkarlarına minnətdarlığını ifadə edib.
Dergi.az xəbər verir ki, müğənni, uzun müddət sağlamlıq problemləri səbəbindən səhnədən uzaq qaldıqdan sonra geri dönüşünü qeyd edib. “Bu Şükran Günündə ürəyim minnətdarlıqla doludur”, – deyə Dion bildirib. O, ailəsinin sevgisi, pərəstişkarlarının dəstəyi və bu il səhnəyə qayıtmaq imkanına görə təşəkkür edib.
Sentaybr ayında Selin Dion Parisdəki Plenitude Arenada konsert seriyasına başlayıb. Bu, nadir nevroloji xəstəlik olan sərt insan sindromundan sağaldıqdan sonra ilk çıxışları olub.
“Çoxsaylı çətinliklərdən sonra səhnəyə qayıtmaq, mənim tibbi komandam, şəxsi komandam və şounu həyata keçirən insanlarla mümkün oldu”, – 58 yaşlı müğənni əlavə edib.
Selin Dion, hər kəsə sevgi dolu Şükran Günü arzulayaraq paylaşımını tamamlayıb.
