Rusiyalı müğənni və model Katy Kişçukun sosial şəbəkə hesabları silinib.

Dergi.az xəbər verir ki, bu hadisə nəticəsində onun yayımladığı bir çox cəsarətli fotoşəkillər də əlçatmaz olub. Kişçuk payızda qırmızı şəffaf kostyumda çəkdirdiyi fotoları ilə diqqət çəkmişdi.

O, həmçinin qırmızı-ağ bir parça üzərində çəkdirdiyi şəkillərlə də izləyicilərini heyran etmişdi. Oktyabrda isə mavi şəffaf mini paltarda çəkdirdiyi fotolar böyük maraq doğurmuşdu.

İndi isə Katy Kişçukun bu fotoları artıq əlçatmazdır və o, sosial media hesablarını yenidən qurmalıdır.