Türkiyəli aktyorlar Halit Özgür Sarı və Özge Yağız “Tell Me Troy” adlı yeni serialda baş rolları canlandırır.
Dergi.az xəbər verir ki, serialın çəkilişləri Troya, Assos, Kaz Dağları, Antandros, Cunda, Bergama və Foça kimi tarixi və mədəni yerlərdə aparılır. Serial, İstanbuldan çıxaraq Kuzey Egeyə səyahət edən sinema tələbələrinin macəralarını və Aras ilə Bade arasındakı yarım qalan eşq hekayəsini əks etdirir.
“Tell Me Troy” serialı Kuzey Ege’nin arxeoloji mirasını və mitoloji hekayələrini ekranlara gətirəcək. Serialın yaradıcıları bu layihə ilə bölgənin zənginliklərini beynəlxalq auditoriyaya tanıtmağı hədəfləyir.
Serialın istehsalını Storymagez, rejissorluğunu isə Emre Kavuk və Mustafa Uğur Yağcıoğlu həyata keçirir.
