Londonda rejissor Taika Vaititinin “Klara və günəş” adlı yeni filminin təqdimatına həsr olunmuş qala-gecə keçirilib.

Dergi.az xəbər verir ki, tədbir London Film Festivalı çərçivəsində baş tutub. Filmin aktyorları Cenna Orteqa, Emi Adams, Killian Mörfinin 19 yaşlı oğlu Aran və Nataşa Lyon, həmçinin Florens Pü və Taika Vaititinin həyat yoldaşı Rita Ora iştirak ediblər.

30 yaşlı Florens Pü Rodarte brendinin çiçək naxışlı yarımşəffaf libasında qırmızı xalçada görünüb. 35 yaşlı müğənni Rita Ora isə həyat yoldaşını ArdAzAei markasının kütür geyimində dəstəkləyib. 24 yaşlı “Wednesday” serialının ulduzu Cenna Orteqa isə Torlowei brendinin qızılı rəngli atlas paltarında fotoqraflara poz verib. Emi Adams isə Georges Chakra brendinin libasını geyinib.

Əvvəllər Londonda milyarder Vladislav Doroninin sevgilisi Kristina Romanovanın təşkil etdiyi ziyafət də keçirilib və Lily Allen, Kim Jones kimi məşhurlar orada iştirak ediblər.