Rusiyalı müğənni Larisa Dolina Nikolay Basqovun yubiley konsertinə gecikib çatdığını etiraf edib. Müğənni bunun üçün qaydaları pozmalı olduğunu bildirib.
Dergi.az xəbər verir ki, oktyabrın 15-də “Rusiyanın qızıl səsi” adlandırılan Basqov 50 illik yubileyini qeyd edib. İfaçı bu şəxsi bayramını paytaxtın bir səhnəsində böyük bir şou ilə qeyd edib.
Basqovla birlikdə səhnəyə bir çox məşhur dostları da çıxıb, qonaqlar arasında Dolina da olub. Müğənni digər bir tədbirdən birbaşa yubileyə gəlib və çıxışına az qalmış çatıb.
Dolina “Rus Radiosu”na müsahibəsində “Buraya sirena ilə gəldim. Cəmi 20 dəqiqəm vardı, Moskvanın digər ucunda idim. Qorxudan huşumu itirəcəyimi düşündüm. Biz çox sürətlə gedirdik. Kolyanı çox sevirəm və onu məyus etmək istəmirəm” deyib.
Lakin sosial media istifadəçiləri bu açıqlamaya skeptik yanaşaraq, “26-cı ildir və Larisa Aleksandrovna hələ də sirena ilə…” kimi şərhlər yazıblar. Bir neçə il əvvəl Dolina, yol polisi əməkdaşlarının onun avtomobilini dayandırmasına qadağa qoyan sənədin olduğunu açıqlamışdı.
