Türkiyəli aktrisa Gökçe Bahadır hamiləlik dövrünü və yaşadıqlarını izləyiciləri ilə bölüşüb.

Dergi.az xəbər verir ki, musiqiçi Emir Ersoy ilə xoşbəxt bir evlilik yaşayan 44 yaşlı aktrisa ana olmağa hazırlaşır. Gökçe Bahadır hamiləlik müddətində hansı təcrübələri yaşadığını, aşermə dövrünün olub-olmadığını və iş tempindən niyə fasilə verdiyini izləyiciləri ilə paylaşıb.

Aktrisanın açıqlamaları onun pərəstişkarları tərəfindən maraqla qarşılanıb.