Türkiyəli müğənni İdo Tatlıses və həyat yoldaşı Yasemin Tatlısesin İstanbulda yerləşən lüks villası güclü yağışlar nəticəsində su altında qalıb.

Dergi.az xəbər verir ki, Yasemin Tatlıses sosial mediada paylaşım edərək evlərinin ən alt qatının su ilə dolduğunu bildirib. O, “Evin ən alt qatını su basdı, səsim bu səbəbdən çıxmır. Bugünkü vəziyyətimizə şükür” ifadələrini işlədib.

Hadisə İstanbulda son günlərdə təsirli olan güclü yağışlar zamanı baş verib.