Türkiyəli müğənni Aylin Coşkunun evi İstanbulda yağan güclü yağışlar səbəbindən su altında qalıb.

Dergi.az xəbər verir ki, meteoroloji xidmətin xəbərdarlıqlarından sonra İstanbulda başlayan leysan və fırtına şəhərdə həyatı iflic edib. Bu təbii fəlakət nəticəsində məşhur müğənni Aylin Coşkun da zərər çəkib.

Aylin Coşkun həmin anları sosial media hesabında paylaşaraq izləyicilərinə vəziyyəti göstərib.