Türkiyəli aktrisa Gökçe Bahadır ilk dəfə ana olmağa hazırlaşır. 2022-ci ildə musiqiçi Emir Ersoy ilə ailə quran aktrisa, təxminən 6 aylıq hamilədir və ayna qarşısında çəkdiyi yeni fotosunu paylaşıb.

Dergi.az xəbər verir ki, Gökçe Bahadır və Emir Ersoy ilk övladlarını qucaqlarına almağa hazırlaşır. Cütlük 2022-ci ildə evlənib.

Təxminən 6 aylıq hamilə olan Bahadır, bu müddəti gözlərdən uzaq keçirməyi üstün tutur. İlk dəfə ana olacaq aktrisa hamiləlik prosesini özəl saxlayır.

Bahadırın paylaşdığı fotoda böyüyən qarnının artıq yaxşıca bəlli olduğu görünür.