Rusiyalı model Anastasiya Reşetova hamilə olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Dergi.az xəbər verir ki, Reşetova sosial media hesabında açıqlama yayaraq hazırda hamilə olmadığını qeyd edib. O, bu xəbərlərin əsassız olduğunu vurğulayıb.

Modelin sözlərinə görə, şəxsi həyatı ilə bağlı dəqiq məlumat yalnız onun tərəfindən təsdiqləndikdən sonra yayılmalıdır.

Anastasiya Reşetova daha öncə də bu tip şayiələrə qarşı çıxış edib.