Türkiyəli aktrisa Merve Dizdar ana olmağa hazırlaşır. O, sosial media hesabında böyüyən qarnı ilə yeni fotolarını paylaşıb.

Dergi.az xəbər verir ki, Merve Dizdar və həyat yoldaşı Cihan Aygerin oğlan uşağı gözlədikləri bildirilib. Cütlüyün dekabr ayında övladlarını qarşılaması gözlənilir.

Aktrisa hamiləlik müddətini sakitlik və gizlilik içində keçirir. Onun son fotoları izləyiciləri və sənət dostları tərəfindən böyük maraqla qarşılanıb.

Mavi paltarı ilə obyektiv qarşısına keçən Dizdarın böyüyən qarnı və təbii gözəlliyi diqqət çəkib. İzləyiciləri ona ‘Nazar dəyməsin’ və ‘Çox gözəl ana olacaqsan’ kimi mesajlar yazıblar.