Amerikalı aktyor Dennis Quaid “A Dog’s Perfect Christmas” adlı yeni filminin treylerini təqdim edib.

Dergi.az xəbər verir ki, film Netflix platformasında yayımlanacaq və baş rollarda Dennis Quaid, Milo Ventimiglia, Brooke Lena Johnson, Jennifer Tilly və Mary Steenburgen yer alıb. Film W. Bruce Cameronun eyni adlı romanı əsasında çəkilib.

Quaid filmin ürəkləri isidən bir hekayə olduğunu və sevgi, birlik və ailə ilə keçirdiyimiz anların əhəmiyyətini xatırlatdığını bildirib. O, “A Dog’s Perfect Christmas” filminin bir parçası olmaqdan məmnunluğunu ifadə edib.

Film 4 noyabr tarixində Netflix-də yayımlanacaq.