İspaniyalı aktrisa Ester Eksposito “Attirés malgré nous” romantik trillerinin çəkiliş meydançasından yeni fotolar paylaşıb.
Dergi.az xəbər verir ki, fotolar filmin çəkiliş meydançasındakı anları əks etdirir. Filmdə Ester Eksposito “Marfil Kortes” rolunu canlandırır, Huqo Dieqo Qarsiya isə onun mühafizəçisi “Sebastyan Mur” obrazındadır.
Filmin süjetinə əsasən, varlı ispan iş adamının qızı Marfil Nyu-Yorkda yaşadığı müddətdə qaçırılır və müəmmalı şəkildə sərbəst buraxılır. Atası onun təhlükəsizliyini təmin etmək üçün Sebastyanı şəxsi mühafizəçi təyin edir.
Birlikdə vaxt keçirməyə məcbur qalan Marfil və Sebastyan arasında əvvəlcə gərginlik, daha sonra isə qarşısıalınmaz romantik hisslər yaranır. Lakin onların münasibətini təhlükəli hadisələr və gizli sirlər çətinləşdirir.
