Devid və Viktoriya Bekhemin oğlu Romeo Bekhem “Qırx sevgi” adlı Fransız filmində ilk dəfə böyük ekranlarda görünəcək.

Dergi.az xəbər verir ki, filmin rəsmi treyleri artıq təqdim edilib. 24 yaşlı model və keçmiş futbolçu bu ekran əsərində aktyor Paul Kirçerlə birlikdə rol alacaq.

Filmdə Romeo Bekhem və Paul Kirçer arasında romantik münasibət yaranan rəqib tennisçiləri canlandıracaqlar.

Romeo Bekhemin bu layihə ilə aktyorluğa ilk addımını atması onun karyerasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

XƏBƏRİN VİDEOSU