Türkiyəli aktrisa Ceren Karakoç “Kızılcık Şerbeti” serialından çıxarılması barədə açıqlama verib.

Dergi.az xəbər verir ki, Karakoç açıqlamasında qəza nəticəsində obrazının öldürüləcəyini əvvəlcədən bilmədiyini bildirib. Prodüserinin ona növbəti mövsümdə davam edəcəyini dediyini, hər şeylə bağlı razılığa gəldikdən sonra tətilə çıxdığını qeyd edib.

O, daha sonra prodüser şirkətindən təcili çağırıldığını və həqiqəti orada anladığını, yollarının ayrıldığını bildirib.