Türkiyəli aktrisa Özge Gürel ana olacağı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

Dergi.az xəbər verir ki, aktrisa və həyat yoldaşı Serkan Çayoğlu ilə birlikdə uzun müddətdir xoşbəxt bir ailə həyatı sürən Gürel, bu mövzuda gözlənilən açıqlamanı verib. Cütlük 2022-ci ildə evlənib və onların nə vaxt valideyn olacağı sualı pərəstişkarları tərəfindən tez-tez gündəmə gətirilir.

Özge Gürel bildirib ki, hazırda ana olmaq planları yoxdur və karyerasına fokuslanmaq istəyir. Aktrisa, gələcəkdə bu qərarın dəyişə biləcəyini də əlavə edib.