Rusiyalı model Natalya Vodyanova altıncı övladını dünyaya gətirdikdən cəmi bir yarım ay sonra yenidən podiuma çıxıb.
Dergi.az xəbər verir ki, modelin anası Larisa Viktorovna Woman.ru-ya açıqlamasında qızının Fransada üç həftə boyunca yanında olduğunu bildirib. Onun sözlərinə görə, Vodyanova qızından bir an belə ayrılmır və bütün məsələləri özü həll etməyə çalışır.
Larisa Viktorovna qeyd edib ki, Vodyanova qızını heç kimə etibar etmir və onu hər kəsdən qoruyur. Anası onu daha çox dəstəkləmək istədiyini vurğulayıb.
Modelin anası bildirib ki, Natalya yaşlandıqca daha çox qayğıkeş və şüurlu bir ana olub.
XƏBƏRİN VİDEOSU
0:00 / 0:00
