Macarıstanlı model Barbara Palvin Victoria’s Secret podiumuna qayıdıb. O, doğumdan cəmi 6 həftə sonra bu addımı atıb.

Dergi.az xəbər verir ki, model hamiləlik dövründə sağlamlığına xüsusi diqqət yetirdiyini və yalnız orqanik qidalarla qidalandığını bildirib. Palvin qızı sağlam doğulsun deyə bu addımları atdığını vurğulayıb.

Doğumdan sonra isə model düzgün qidalanmağa davam etdiyini və yüngül idman hərəkətləri ilə bədənini bərpa etdiyini qeyd edib. Ekstremal məşqlərdən qaçdığını əlavə edib.