Amerikalı iş qadını Kayli Cenner ilk dəfə “Victoria’s Secret” podiumunda çıxış edərək 50 milyon dollar dəyərində “Fantasy Bra”nı nümayiş etdirib.
Dergi.az xəbər verir ki, ağ tüklü qanadlarla tamamlanan bu dizayn brendin indiyədək hazırladığı ən bahalı “Fantasy Bra” olub.
“Jacob & Co.” ilə əməkdaşlıq çərçivəsində hazırlanan zinət əşyasında 4 410 təbii brilyant və mərkəzində 75,54 karatlıq sarı brilyant yer alıb.
Heç bir parça materialından istifadə edilmədən, yalnız qızıl və brilyantlardan hazırlanan bu dizayn üzərində 15 sənətkar 1 000 saatdan çox çalışıb.
