Amerikalı supermodel Bella Hadid müğənni Britni Spirsin 2001-ci ildə “MTV Video Music Awards” mərasimindəki məşhur obrazını yenidən canlandırıb.
Dergi.az xəbər verir ki, supermodel Los-Ancelesdə keçirilən “Victoria’s Secret” moda nümayişindən sonra təşkil olunan əyləncədə bu geyimlə görünüb.
Bella Hadid uzunqollu, hündür yaxalı, tünd göy rəngli, yarımşəffaf krujevalı mini don geyinib. Parçanın altından görünən qara büstqalter və tanga onun obrazına cəsarət və cazibədarlıq qatıb.
