Türkiyəli model və aktrisa Tuğba Özay 10 illik dostu, iti Herkülün ölümündən sonra duyğusal açıqlamalar verib.

Dergi.az xəbər verir ki, Tuğba Özay sosial media hesabında paylaşdığı mesajda Herkülü övladı kimi gördüyünü və onunla keçirdiyi gözəl günləri unutmayacağını bildirib.

Özay, “Ümid edirəm sənə layiq bir ana ola bilmişəm” sözləri ilə itinə olan sevgisini ifadə edib.

Model, Herkülün ölümündən sonra ayaqda durmaq üçün sakitləşdirici iynələrdən istifadə etdiyini də qeyd edib.