Rusiyalı müğənni Sergey Lazarev və balerina Anastasiya Voloçkova barışdıqlarını açıqlayıblar. Barışıq, balerinanın müğənnini qara siyahısına salmasından üç il sonra baş verib.
Dergi.az xəbər verir ki, mübahisənin səbəbi müğənninin qırmızı xalçada balerina ilə foto çəkdirməyə vaxt tapmaması olub. Bu hadisədən sonra Voloçkova onu arzuolunmaz şəxslər siyahısına əlavə edib.
Barışıq şərəfinə sənətçilər birgə videorolik çəkiblər. Video Lazarevin şəxsi bloqunda, sosial media səhifəsində yayımlanıb.
Videoda müğənni vəziyyətin nəhayət düzəldiyini qeyd edib və “İndi foto da, video da var” deyə bildirib.
