Müğənni Mərdan Kazımov yeni yaradıcılıq işini təqdim edib.
Dergi.az xəbər verir ki, ifaçı İstanbulda lentə alınan “Səssiz bir adam” adlı yeni mahnısına çəkilən klipini dinləyicilərinin ixtiyarına verib.
Yeni layihənin ərsəyə gəlməsində peşəkar yaradıcı heyət iştirak edib. Mahnının musiqisi Mərdan Kazımovun özünə, sözləri Elvin Muxtara, aranjimanı isə Zaur Aliyə məxsusdur.
Yeni layihə artıq bütün rəqəmsal platformalarda və YouTube-da dinləyicilərin ixtiyarına verilib.
