Müğənni Zamiq Hüseynov “Sevmək belə şeydir” adlı yeni musiqi layihəsini təqdim edib.
Dergi.az xəbər verir ki, mahnının sözləri və musiqisi Fərid Kərimliyə məxsusdur. Mahnının miks və masterinq işləri Oleq Naumov tərəfindən yerinə yetirilib.
Klipin rejissoru və prodüseri Sadıq Quliyev, operatoru isə Eren Yıldızdır. Layihədə Zamiqin tərəf müqabili “Xumaritta” ləqəbli influenser olub.
Sənətçinin makiyajı Elnur Həsənova həvalə edilib. Layihəyə təşkilati dəstəyi Samirə Xasməmmədova göstərib.
“Sevmək belə şeydir” mahnısı Zamiqin rəsmi “YouTube” kanalında və rəqəmsal musiqi platformalarında təqdim olunub.
