Bakıdakı Dənizkənarı Milli Parkda oktyabrın 23-25-də keçiriləcək Zeytun Festivalının konsert proqramı açıqlanıb.
Dergi.az xəbər verir ki, festivalda tanınmış müğənnilər və musiqi qrupları müxtəlif konsert proqramları ilə çıxış edəcək. Oktyabrın 23-də DJ Kamo, 24-də Rilaya və Mərdan Kazımov səhnədə olacaq.
Həmin günün axşamında Orxan Zeynallı, Xəyyam Nisanov və Zülfiyyə Xanbabayeva tamaşaçılar qarşısında çıxış edəcəklər. Oktyabrın 25-də “Wave band”, Teymur Süleymanbəyli və “Excellent band” çıxış edəcək.
Festivalın son günü Azad Şabanov, Zamiq Hüseynov və Aygün Kazımova səhnəyə çıxacaqlar. Aygün Kazımova festivalın musiqi proqramına yekun vuracaq.
Festivalın məqsədi Azərbaycanın zeytunçuluq ənənələrinin təbliği və yerli istehsalçıların dəstəklənməsidir. Tədbir Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə baş tutacaq.
