Xalq artisti Aygün Kazımovanın Moskva konsertinə sayılı günlər qalıb.
Dergi.az xəbər verir ki, dekabrın 13-də Moskvanın konsert zalında baş tutacaq gecə ilə bağlı maraqlı məqam açıqlanıb. Həmin gün səhnəyə Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova da çıxacaq.
İlqarə Kazımova üçün bu konsertin özəl mənası var. O, 20 il əvvəl anası ilə Kremldə səhnə bölüşüb. Müğənni təəssüratlarını bölüşərək xüsusi hazırlaşdığını bildirib.
“20 il əvvəl anamın 35 illik yubiley konsertində səhnəyə çıxanda bunun illər sonra belə gözəl bir xatirəyə çevriləcəyini təsəvvür etməzdim. İndi isə yenidən anamla eyni səhnəni bölüşməyə hazırlaşıram,” – deyə İlqarə qeyd edib.
Konsertə biletləri www.aygun.az saytından əldə edə bilərsiniz.
