Xalq artisti Aygün Kazımova illərdir dillərdən düşməyən “Nigaranam” əsərini yeni tərzdə təqdim edib.

Dergi.az xəbər verir ki, pop diva bu dəfə məşhur mahnını britaniyalı müğənni Fredrik Ferrierlə duet şəklində ifa edib.

Musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan “Nigaranam” yeni aranjimanda səsləndirilib. Mahnının yeni versiyasını Fredrik Ferrier və Eşqin Ağayev aranjiman edib. Bəstənin ingilis dilindəki hissəsini isə Fredrik Ferrier və Ceyms Tadgell tərcümə edib.

Estrada ulduzu mahnının yeni versiyasını ilk dəfə “GabalaFest”in bağlanış mərasimində ifa edib. Aygün Kazımova və Fredrik Ferrierin səhnə performansı böyük maraqla qarşılanıb.

XƏBƏRİN VİDEOSU