Türkiyəli müğənni Melike Şahin ilə eyni ada sahib musiqi müəllimi arasında davam edən məhkəmə işi müğənninin xeyrinə yekunlaşıb.
Dergi.az xəbər verir ki, məhkəmədə musiqi müəllimi Melike Şahinin, müğənninin tanınmışlığından yararlanmaq məqsədilə onun adını izinsiz ticarət markası kimi qeydiyyatdan keçirdiyi iddia edilib.
Məhkəmə, musiqi müəlliminin bu addımının yaxşı niyyətli olmadığını və müğənni Melike Şahinin tanınırlığından faydalanmaq məqsədi daşıdığını bildirib.
Müğənni Melike Şahin, məhkəmə qərarının ədalətli olduğunu və öz adının qorunmasının vacibliyini vurğulayıb.
