Türkiyəli müğənni Melike Şahin ana olub. O, həyat yoldaşı Sedat Arpalık ilə birlikdə sağlam bir oğul dünyaya gətirib.

Dergi.az xəbər verir ki, Melike Şahin uzun müddətdir gözlənilən bu xəbəri sosial media vasitəsilə izləyiciləri ilə bölüşüb. O, hamiləlik dövründə də musiqi fəaliyyətindən ayrılmayıb və son konsertini avqustun 13-də Harbiye Cemil Topuzlu Açık Hava Səhnəsində verib.

Melike Şahin və Sedat Arpalık cütlüyünün oğluna hansı adın veriləcəyi hələ açıqlanmayıb. Ananın və körpənin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Onların bu sevindirici xəbəri pərəstişkarları arasında böyük sevinc yaradıb.