Amerikalı müğənni Cennifer Lopez oğlu Maksın onun cəsarətli geyimlərinə münasibəti barədə danışıb.

Dergi.az xəbər verir ki, “The Drew Barrymore Show” proqramında Lopez Las-Veqasdakı konsertdən sonra oğlunun ona “Niyə səhnədə heç vaxt şalvar geyinmirsən?” sualını verdiyini bildirib. Müğənni oğluna “Mən variete artistiyəm, rəqqasəyəm, bu mənim işimdir” deyə cavab verib.

Proqramda Lopez həmçinin övladları Maks və onun əkiz bacısı Emmanın kollecə qəbul olunduqdan sonra evdən ayrılmalarına necə alışdığını da qeyd edib. Müğənni ilk dəfə olaraq tək yaşadığı üçün özünü azad hiss etdiyini vurğulayıb.

Lopezin uşaqları Mark Entoni ilə olan evliliyindən dünyaya gəlib. Müğənni daha əvvəl uşaqlarının beş kollecə qəbul olunduğunu açıqlayıb, lakin Maksın hazırda harada təhsil aldığı məlum deyil.