Amerikalı müğənni və aktrisa Cennifer Lopez dörd boşanması ilə bağlı zarafat edib.
Dergi.az xəbər verir ki, “The JLo Show: Live in Las Vegas” konsert filminin nümayişindən sonra aktrisa Reyçel Zeqler ilə söhbət zamanı Lopez dörd barmağını göstərərək “Bu, həyatımın böyük bir fəslidir… Dörd dəfə” deyib.
Bu zaman tamaşaçılardan biri “Sənin hələ altı barmağın var” deyə qışqırıb. Lopez bu sözlərə gülərək “Tamamilə! Bu, həyatımda eşitdiyim ən gülməli şeydir. Bu ifadəni köynəyə yazdırmağa dəyər” deyib.
Xatırladaq ki, Cennifer Lopez ilk olaraq Mayamidə tanış olduğu ofisiant Ohani Noa ilə evlənib. Onların evliliyi təxminən 11 ay davam edib. Daha sonra Lopez rəqqas Kris Cadd ilə evlənib, lakin bu evlilik də bir ildən az davam edib. Ən uzun evliliyi isə musiqiçi Mark Entoni ilə olub, bu evlilikdən Lopez 2008-ci ildə əkizlər Maksa və Emmaya ana olub. Onlar 2011-ci ildə ayrıldıqlarını elan ediblər və üç il sonra rəsmən boşanıblar.
Lopezin Ben Afflek ilə olan münasibətləri də geniş müzakirə olunub. Onlar 2002-2004-cü illərdə nişanlanıblar, lakin toy ləğv edilib. 2021-ci ildə yenidən bir araya gəliblər və 2022-ci ilin iyulunda evləniblər. 2024-cü ilin avqustunda Lopez boşanma üçün müraciət edib.
