Amerikalı müğənni və aktrisa Cennifer Lopez Nyu-Yorkdakı Metropoliten Muzeyində “Proof of Love” adlı yeni mahnısının təqdimatından sonra sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

Dergi.az xəbər verir ki, təqdimat zamanı Lopez rəqqaslar tərəfindən səhnəyə 1920-ci illər tərzində baş geyimi və torlu catsuitdə çıxarılıb. Sosial şəbəkə istifadəçiləri Lopezin vokal bacarıqlarını tənqid edərək, onu “təqaüdə çıxmağa” çağırıblar.

İstifadəçilər “Bu çıxış deyil, çünki o, mahnı oxumur”, “Bu sadəcə bir komediyadır”, “Maraqlıdır, Ben bu cəfəngiyyatı görüb rahat nəfəs alacaqmı?” kimi şərhlər yazıblar.

Qeyd edək ki, ötən oktyabrda Cennifer Lopez Cadugün bayramını Barbarella obrazında qeyd edib. Hazırda Lopezin britaniyalı aktyor Brett Qoldstin ilə romantik münasibətləri də müzakirə olunur.