Xalq artisti Tünzalə Ağayeva müğənni Nəsimi Məmmədovla birlikdə təqdim etdiyi “Sənin üçün doğulmuşam” adlı duet böyük maraqla qarşılanıb.
Dergi.az xəbər verir ki, sözügedən duet “Youtube” platformasında 2 milyon baxış sayı əldə edib. Mahnıya çəkilən klip qısa müddət ərzində geniş izləyici kütləsi toplayıb.
Mahnının musiqisi Fərid Kərimliyə, sözləri isə Tural Xaniyə aiddir. Pərəstişkarlar mahnıya video çəkərək sosial şəbəkələrdə paylaşırlar.
