Rusiyalı müğənni Kristina Orbakaite ABŞ-da həyat yoldaşı Mixail Zemtsov və qızı Klavdiya ilə birlikdə Şükran Gününü qeyd edib.

Dergi.az xəbər verir ki, müğənni sosial media hesabında ailəsi və dostları ilə birlikdə qeyd etdiyi günün görüntülərini paylaşıb. Videoda Orbakaite Amerika ənənəsinə uyğun olaraq ailəsinə və yaxınlarına minnətdarlığını bildirib.

Orbakaite bildirib ki, Şükran Gününün ənənəvi yeməyi olan hinduşka yeməyini ər, dostlar və uşaqlar hazırlayıb, özü isə konsert üçün geyimlər sınayıb.

Kristina Orbakaite və Mixail Zemtsovun 14 yaşlı qızı Klavdiya da sosial media hesabında valideynlərinə və dostlarına təşəkkürünü bildirib.

Orbakaite son illərdə ailəsi ilə birlikdə Mayamidə yaşayır.