Rusiyalı müğənni Nikita Presnyakov və sevgilisi Karina Filimonova ABŞ-da keçirilən tematik partiyaya qatılaraq onun valideynləri Vladimir Presnyakov və Kristina Orbakaite-nin 90-cı illərin sonu obrazlarını təkrarlayıblar.

Dergi.az xəbər verir ki, tədbirin dress-kodu “valideynlərimizin 90-cı illərin ortası/sonu obrazları” olub. Presnyakov parik taxaraq atasının məşhur hitlərini ifa edib, Filimonova isə Orbakaite-nin “Perelyotnaya ptitsa” mahnısına lip-sync edib.

Bildirilib ki, Filimonovanın keçmiş sevgilisindən olan oğlu Nikita Presnyakovu “ata” adlandırmağa başlayıb. Cütlük bu ilin yazında tanış olub və hər ikisi uzun müddətdir ABŞ-da yaşayır.

Nikita Presnyakov Kristina Orbakaite və Vladimir Presnyakovun oğlu, Alla Puqaçovanın nəvəsidir. O, musiqi karyerasını ABŞ-da davam etdirir və Rusiyanı tərk etdikdən sonra “Puqaçovanın nəvəsi” etiketindən qurtulmaq istədiyini bildirib.