Rusiyalı model Viktoriya Lopyoryova Malibu xilasedicisi obrazında çəkilib və bu görüntüləri “Instagram” hesabında paylaşıb.
Dergi.az xəbər verir ki, izləyicilərindən biri Lopyoryovaya “Bu, yeni “Malibu xilasediciləri” mövsümünün çəkilişləridir?” sualını verib. Model isə “Victoria’s Secret”in qanadları çatmadı, Bondu gözləyirik” cavabını verib.
Lopyoryova tez-tez sosial şəbəkələrdə moda obrazlarını və çimərlik şəkillərini paylaşır.
Modelin keçmiş həyat yoldaşı İqor Bulatovdan Mark Lionel adlı yeddi yaşlı oğlu var.
