Türkiyəli məşhur repçi Eypio, Fatih Altaylının YouTube-da yayımlanan proqramına qonaq olub.
Dergi.az xəbər verir ki, proqramda Eypionun ticarətə atılması ilə bağlı komik hadisələr Altaylını güldürüb. Eypio, məşhur olduqdan sonra suşi dükanı açdığını, lakin iki həftə sonra pandemiya səbəbindən biznesinin çökdüyünü bildirib.
Repçi, musiqi karyerasından sonra suşi işinə girişdiyini və bu qərarın yanlış olduğunu etiraf edib. O, suşi ilə heç bir əlaqəsi olmadığını və bu işin uğursuzluqla nəticələndiyini vurğulayıb.
Eypio, həmçinin Taksimdə açdığı geyim dükanının da siqaret qadağası səbəbindən uğursuzluğa düçar olduğunu deyib.
