Amerika Kino Sənəti və Elmləri Akademiyasının (AMPAS) baş direktoru Bill Kramer, Beynəlxalq Film Oskar kateqoriyası üçün festival siyahısının genişləndirilməsini təsdiqləyib.
Dergi.az xəbər verir ki, Kramer bu barədə Tokio Film Festivalında “Deadline” saytına verdiyi müsahibədə bildirib. O, AMPAS prezidenti Lynette Howell Taylor və Baş Üzvlük, Təsir və Sənaye Rəhbəri Meredith Shea ilə birlikdə “Akademiya Tokioda” adlı ictimai müzakirələrdə iştirak etmək üçün Tokiodadır.
Hazırda Berlin, Busan, Kann, Sundance, Toronto və Venesiya festivallarında əsas mükafatı qazanan filmlər, ölkənin rəsmi təqdimat komitəsi tərəfindən seçilən filmlərlə yanaşı, beynəlxalq kateqoriya üçün avtomatik təqdim edilə bilər.
Kramer bildirib ki, yeni qayda Akademiyanın qlobal səylərini genişləndirmək və beynəlxalq kateqoriyaya “daha geniş yanaşmaq” planının bir hissəsidir. Oskarların YouTube-da yayımlanması da bu qlobal yanaşmanın bir hissəsi olacaq.
Tokio Film Festivalı 4 noyabr tarixinə qədər davam edəcək.
