Türkiyəli fenomen Danla Bilic uzun müddətdir Aquafilling əməliyyatından sonra sağlamlıq problemləri ilə mübarizə aparır.

Dergi.az xəbər verir ki, 9 dəfə əməliyyat keçirdiyini bildirən Bilic, bu dəfə evində rahatsızlanıb. Sağlıq ekipajları evinə gələrək müdaxilə edib.

Danla Bilic sosial media hesabında sol ayağının anidən kilidləndiyini açıqlayıb. “Bir gün əvvəl ‘yaxşıyam’ dedim, bir gün sonra yenidən problem yaşadım” deyə bildirib.

Bilic, izləyicilərinə müraciət edərək, “Məni niyə bu qədər sevirsiniz, mənə qızmayın bu ara” sözlərini işlədib.

Aquafilling prosesi sonrası vücuduna yayılan dolgu maddəsi ciddi infeksiyalara səbəb olmuş və Bilic 9 dəfə əməliyyat keçirmək məcburiyyətində qalmışdı.