Türkiyəli bloger Danla Bilic uzun müddətdir davam edən sağlamlıq problemləri səbəbilə xəstəxanada müalicə aldığı bir vaxtda 32-ci doğum gününü qeyd edib.

Dergi.az xəbər verir ki, Danla Bilic yeni yaşından yeganə arzusunun sağlamlıq olduğunu bildirib. Bloger sosial media hesabında “Yeni yaşım, xahiş edirəm, bir az mehriban ol” ifadəsini yazıb.

Danla Bilic, “Bu yaşımdan tək arzum sağlamlıqdır, qalanını söz verirəm, özüm həll edəcəyəm. Bir an belə yanımdan ayrılmayan ailəm, dostlarım, həkimlərim. Yazdıqlarınızla mənə güc verən siz. Yaxşı ki, varsınız. O zaman, 32-ci yaşım mübarək” deyə əlavə edib.