Türkiyəli komediya ustası Cem Yılmaz keçən yay ürək krizi keçirdikdən sonra müalicə aldığı Çanakkaledəki xəstəxanaya yenidən nəzarət üçün müraciət edib.

Dergi.az xəbər verir ki, 29 avqustda Çanakkalenin Ayvacık ilçəsindəki yay evində istirahət edərkən şiddətli sinə ağrısı yaşayan Yılmaz, Ayvacık Dövlət Xəstəxanasına müraciət edib. İlk müayinələrdən sonra ürək krizi keçirdiyi müəyyənləşib və Çanakkale Onsekiz Mart Universiteti Xəstəxanasına (ÇOMÜ) təcili olaraq köçürülüb.

Kardiyologiya Anabilim Dalı müəllimi Prof. Dr. Ercan Akşit və komandası tərəfindən həyata keçirilən əməliyyatda Yılmazın biləyindən balon və stent prosesi icra olunub. İki gün koroner reanimasiyada müşahidə və müalicə edildikdən sonra 31 avqustda evə buraxılıb.

Cem Yılmaz əməliyyatını həyata keçirən həkimlərinə sosial media hesabında təşəkkür edib. O, Çanakkale Onsekiz Mart Universiteti Xəstəxanasında çəkdiyi şəkli paylaşaraq həm həkimlərinə, həm də xəstəxanaya minnətdarlığını bildirib.