Türkiyəli aktrisa Nilperi Şahinkaya “REBORN.exe” layihəsinin təqdimatında iştirak edib və jurnalistlərin suallarını cavablandırıb.
Dergi.az xəbər verir ki, Şahinkaya sektordakı trendlərin dəyişdiyini və serialların daha qısa müddətli layihələrlə davam etdiyini vurğulayıb. Aktrisa bildirib ki, izləyicilər daha seçici olub və sosial media səbəbindən diqqətləri azalıb.
Nilperi Şahinkaya, Brad Pittin yaraşıqlı olmadığını düşündüyünü, səs tonunun isə daha önəmli olduğunu qeyd edib. Aktrisa, “Yaraşıqlı olması vacib deyil, səs tonu və cazibədarlıq daha önəmlidir” deyə bildirib.
Şahinkaya, rejissor Batur Alp Bekar ilə münasibətini sonlandırıb. Ayrılıq səbəbi ilə bağlı suallara “Heç danışmayaq, danışmağa dəyər bir şey deyil” cavabını verib.
Gecədə iştirak edən aktrisa Esra Ruşan isə televiziya seriallarının erkən final etməsi ilə bağlı sektoral problemlərə toxunub və qadın aktrisalara tətbiq olunan yaş təzyiqini tənqid edib.
