Türkiyəli aktrisa Jülide Kural Kadir İnanırın vasiyyəti ilə bağlı müzakirələrə münasibət bildirib.
Dergi.az xəbər verir ki, Kural açıqlamasında İnanırın iradəsinə və həyat boyu göstərdiyi əməyə hörmət edilməli olduğunu qeyd edib. O, İnanırın vəfatından dörd ay keçmədiyini xatırladaraq, sənətçinin iradəsinə və əməyinə hörmətin vacibliyini vurğulayıb.
Kadir İnanır 26 iyunda 77 yaşında vəfat edib. Onun mirası və vasiyyəti ilə bağlı məsələlər ictimai müzakirələrə səbəb olub.
Vasiyyətin 17 dekabrda oxunacağı məhkəmə iclası təxirə salınıb. İddialara görə, İnanırın mal varlığı və adını daşıyan muzey və fond kimi layihələrə icazələri həyat yoldaşı Jülide Kurala verilib. Vasiyyət ailə daxilində müzakirələrə səbəb olub.
Kadir İnanırın yeğeni Levent İnanır vasiyyətə inanmadığını bildirib. O, dayısının 2018-ci ildən sonra sağlamlıq problemləri səbəbindən ağır dərmanlar qəbul etdiyini və bəzi yeğenlərinə mirasdan pay verilmədiyini iddia edib.
Jülide Kural açıqlamasında Kadir İnanırın irsinə hörmət edilməsinin insani və vicdani bir məsuliyyət olduğunu vurğulayıb.
