Türkiyəli aktrisa Nilperi Şahinkaya yeni imic dəyişikliyi ilə gündəmə gəlib.

Dergi.az xəbər verir ki, məşhur aktrisa keçmişdə də istifadə etdiyi və özünə məxsus olan ikonik saç rənginə geri dönüb. Şahinkaya, saçlarını canlı turuncu tonuna boyayaraq yeni görünüşünü sosial media hesabında izləyiciləri ilə paylaşıb.

Nilperi Şahinkaya paylaşımında “Yeni gəlmədi, geri gəldi #turuncu” ifadəsini qeyd edərək bu dəyişikliyin özünə yad olmadığını vurğulayıb.

Bu nostaljik dönüş sosial mediada minlərlə bəyənmə və şərh alıb, aktrisanın pərəstişkarlarından tam not toplayıb.