Türkiyəli məşhur Hülya Avşarın qızı Zehra Çilingiroğlu şəxsi həyatı ilə gündəmə gəlib. Zehra, dörd ildir birlikdə olduğu iş adamı Mürsel Kaya ilə evlilik yolunda ilk addımı atmağa hazırlaşır.
Dergi.az xəbər verir ki, kulis məlumatlarına əsasən, Mürsel Kaya Londonda birlikdə keçirdikləri tətildə Zehra Çilingiroğluna evlilik təklifi edib və Zehra bu təklifi böyük sevinc ilə qəbul edib.
Cütlük münasibətlərini rəsmiləşdirmək üçün çox gözləmək istəmir. Onların ailələr arasında keçiriləcək istemə mərasimi üçün hazırlıqlara başladıqları bildirilib.
Mürsel Kaya ailəsi ilə birlikdə gələn ay Zehra Çilingiroğlunu istəməyə gedəcək və həmin mərasimdə nişan üzükləri də taxılacaq.
İkilinin toy planlarını isə gələn yaz ayları üçün etdiyi qeyd olunub. Hülya Avşarın qızının bu xoşbəxt addımından dolayı çox həyəcanlı və sevincli olduğu vurğulanıb.
