Amerikalı aktrisa Teri Hatcher Londonda “Şeytan Prada geyinir” müziklində Mişel Priestly rolunda debüt edib.

Dergi.az xəbər verir ki, aktrisa 20 oktyabrda Londondakı Dominion Teatrında tamaşaçıların qarşısına çıxıb. Hatcher bu rolda “Ümidsiz ev qadınları” serialındakı keçmiş həmkarı Vanessa Uilyamsı əvəz edib.

Hatcher açıqlamasında bildirib ki, Uilyams onu prodüserlərə tövsiyə edib və onu çox dəstəkləyib. Aktrisanın bu rolda 6 fevral 2027-ci ilə qədər qalacağı bildirilir.

Xatırladaq ki, Teri Hatcher “Ümidsiz ev qadınları” serialında Suzan Mayer roluna görə “Qızıl Qlobus” mükafatına layiq görülüb və “Emmi”yə namizəd olub.