Rusiyalı aktrisa Yekaterina Varnava “sağlam olmayan arıqlığı” səbəbindən yenidən tənqid edilib. Onun İnstaqramda paylaşdığı yeni fotolar buna səbəb olub. Fotolarda Varnava mini ətək və qara koftada poz verib.
Dergi.az xəbər verir ki, 41 yaşlı aktrisa fotonun altında “Qıjı üçün çox az, flaminqo üçün çox” sözlərini yazıb. Şərhlərdə isə istifadəçilər Varnavanın görünüşünü tənqid ediblər: “Hər şey yaxşıdır, amma arıqlıq qorxuludur”, “Katya, sizdə anoreksiya var. Siz çox gözəlsiniz, amma bu arıqlıqla bağlı nəsə etmək lazımdır”, “Yemək vermək istəyirəm”, “Fotolar gözəldir, amma…”, “Parik? Belə zəiflikdə saçlar ilk olaraq bədəni tərk edir”, “Siz yaxşısınız?..”.
Varnavanı tez-tez anoreksiyanın təbliğində ittiham edirlər. Aktrisanı həmçinin görünüşünü tanınmaz hala gətirməkdə tənqid edirlər. O, tənqidlərə cavab verərək, başqalarının fikirlərinin onu maraqlandırmadığını bildirib.
2022-ci ildə Yekaterina Varnava Kiprə köçüb və “Drama Queen” kabare-şousunu təsis edib. Hazırda o, “Şanelə qarşı Rubinşteyn” tamaşası ilə Avropada qastrol səfərlərindədir. Müxtəlif vaxtlarda aktrisa şoumen Dmitri Xrustalyov və rəqqas Konstantin Myakinıkovla münasibətdə olub. 2022-ci ildə rejissor Aleksandr Moloçnikovla evlənib, lakin bir neçə aydan sonra boşanıblar. Bir müsahibəsində aktrisa ana olmağı planlaşdırmadığını deyib.
Yaxınlarda Varnava Yurmalada “uğursuz” şousu ilə bağlı qalmaqalın mərkəzində olub.
