“Basic Instinct” filminin ulduzu Şeron Stoun aktrisa Sidney Suiniyə idman mərc platforması üçün çəkildiyi reklamla bağlı məsuliyyəti qəbul etməyi tövsiyə edib.

Dergi.az xəbər verir ki, Stoun Los-Ancelesdə keçirilən tədbirdə məsələ ilə bağlı fikirlərini bölüşüb və qadın idmanının seksual obyektə çevrilməsinə qarşı olduğunu bildirib.

“Məncə, bu, Suininin məsuliyyətidir. Onun hərəkətlərini mühakimə etmək mənim işim deyil”, – deyə Stoun People-a açıqlamasında bildirib.

Aktrisa əlavə edib ki, qadın idmanının əsas məqsədi kişilərin diqqətini cəlb etmək olmamalıdır. Onun sözlərinə görə, qadın idmançıların mübarizəsi kişiləri mərc oyunlarına cəlb etmək naminə aşağılanmamalıdır.

Sidney Suini Novig platformasının reklamında idman avadanlıqları ilə bədənini örtərək “sadəcə idman üçün” ifadəsini səsləndirib. Reklam isə bir sıra tanınmış qadın idmançıların narazılığına səbəb olub.

Su poloçusu Tilli Kerns, boksçu Skye Nikolson və olimpiya çempionu Ariarne Titmus reklamı tənqid edən idmançılar arasında yer alıblar.

Suini isə cavab olaraq Serena Uilyams və Ronda Rousinin də əvvəlki kampaniyalarda provokativ pozalarda çəkildiyi fotoları paylaşıb.

Novig-in baş direktoru Ceykob Fortinski isə şirkətin qadın idmanını dəstəklədiyini bildirib və sözügedən kampaniyanın qadın idmanını təqdim etmək məqsədi daşımadığını açıqlayıb.

XƏBƏRİN VİDEOSU

0:00 / 0:00